TOP 10

Rayan Giqqz: "Azərbaycan millisiylə oyunda mütləq qalib gəlməliyik"

Futbol
Tarix: 2019-10-15 15:19

Uels millisinin futbolçusu AVRO-2020-nin seçmə mərhələsində son matçlara toxunub. Spor24.az xəbər verir ki, 48 yaşlı mütəxəssis noyabrda qarşılaşacaqları Azərbaycan və Macarıstanla oyunların vacib olacağını vurğulayıb: "Bizə zərər vura biləcək iki komandaya - Slovakiya və Xorvatiyaya qarşı oynadıq. Qrupdakı son iki qarşılamamızda mütləq qalib gəlməliyik. Bu məqam bizim üçün həyatı önəm daşıyır və qələbə çox vacibdi. Hər görüşdə qələbə qazanmalıyıq və Xorvatiyanın Slovakiyanı məğlub etməsinə ümid etməliyik. Təbii ki, bunun asan olmayacağını da bilirik".

 

Qeyd edək ki, Uels millisi növbəti oyununu noyabrın 16-ı Bakıda millmizə qarşı keçirəcək, bundan 3 gün sonra Macarıstanın qonağı olacaq. 

 
12 Noyabr 2019
11 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB