TOP 10

AFFA təhqirə yol verən oyunçuları cəzalandırıb

Futbol
Tarix: 2019-10-15 14:07

AFFA İntizam Komitəsi aşağı liqa və futzal çempionatlarında təhqirə yol verən şəxslərin cəzalarını açıqlayıb. Sport24.az xəbər verir ki, Gənclər Liqasında "Tufan"ın futbolçusu Ayaz Məmmədli "Neftçi" ilə görüşdə rəqibini təhqir etdiyi üçün 3 oyunluq cəzalanıb. Komandanın digər üzvü Eldar Hüseynli isə hakimə qarşı qeyri-etik ifadələrə görə 4 oyunluq cəzaya məruz qalıb.

 

U-17 Liqasında “Neftçi İK İB” klubunun oyunçusu Ayxan Racizadə "Sumqayıt"la dueldə hakimi təhqir etdiyinə görə3 oyunluq cəza alıb. U-14 Liqasında isə “Məqsəd Kursları”nda Süleyman Məmmədzadəyə eyni səbəbdən 2 oyunluq cəza kəsilib.

 

Futzal çempionatlarında da xoşagəlməz hal yaşanıb. "Standard"ın oyunçusu Birinci Liqada ADBTİA ilə görüşdə hakimi hədəfə alıb. O, nalayiq sözlərə görə 4 matçlıq cəzalanıb. İkinci Liqada “Zirvə Baku-2”nin üzvü Vüsal Nəsirov "Altay" ilə görüşdə referini təhqir etdiyi üçün eyni sayda oyunu buraxmalı olacaq.

 

AFFA İntizam Komitəsi həmçinin U-13 Qızlar Liqasında çıxış edən "Tərəqqi"yə (Samux) texniki məğlubiyyət verib. Buna "Kür" (Samux) ilə görüşdə komandanın heyətində yetərsay olmaması səbəb göstərilib. 

12 Noyabr 2019
11 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB