TOP 10

Luçesku Şeydayevin baş məşqçisi olmağa razılıq verdi

Futbol
Tarix: 2019-10-15 13:16

Mirça Luçesku Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin çıxış etdiyi Moskva "Dinamo"sunun baş məşqçisi olmağa razılıq verib. Sport24.az xəbər verir ki, 74 yaşlı rumıniyalı mütəxəssisin agenti Arkadi Zaporojanu bildirib.

 

O, hələlik bəzi təşkilati məsələlərin həll olunduğunu söyləyib: “Hazırda Mirça ilə "Dinamo" arasında danışıqlarda fasilə yaranıb. Luçesku bu kluba rəhbərlik etmək istəyir. Biz öz razılığımızı vermişik. Lakin indi bəzi təşkilati məsələlər həll olunur”.

 

Luçesku bu ilin fevralında Türkiyə millisinin baş məşqçisi postundan göndərilib. O, bu ölkəyə qayıdanadək məhz Rusiyada çalışsa da, "Zenit"də baş məşqçi işi uğursuz alınaraq qısa müddətli olub. 

 

Qeyd edək ki, Rusiya Premyer Liqasının XII turunda “Orenburq”a 0:2 hesablı səfər məğlubiyyətindən sonra “Dinamo”nun baş məşqçisi Dmitri Xoxlov istefaya göndərilib. Komanda müvəqqəti olaraq Kirill Novikova tapşırılıb. Moskva təmsilçisi 12 turdan sonra 10 xalla 15-ci sıradadı

12 Noyabr 2019
11 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB