TOP 10

Millimiz İsveçrəyə məğlub oldu

Futbol
Tarix: 2019-10-15 21:52

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirib. Sport24.az xəbər verir ki, Milan Obradoviçin rəhbərlik etdiyi kollektiv doğma meydanda İsveçrə yığması ilə qarşılaşıb.


İlk turda Lixtenşteynə uduzan (0:1) millimiz Slovakiya üzərində qələbə qazansa da (2:1), son iki oyunda Gürcüstana 0:3, Fransaya 0:5 uduzmuşdu. Cəmi 3 xalı olan komandamız qrup sonuncusu idi.


Millimizdən fərqli, qrup lideri olan İsveçrənin 21 yaşlıları bizimlə oyuna qədər cəmi 2 matça çıxmışdı. Sözügedən komanda Lixtenşteyni səfərdə 5:0, Gürcüstanı isə evdə 2:1 üstələmişdi.


Sumqayıtda keçirilən Azərbaycan - İsveçrə matçının taleyini bir qol həll edib. Qələbəni isə qonaqlar bayram ediblər.


Bu gün 2-ci qrup çərçivəsində daha bir oyun keçiriləcək. Slovakiya yığması doğma meydanda Fransa ilə üz-üzə gələcək.


AÇ-2021-in seçmə mərhələsi
2-ci qrup

15 oktyabr


Azərbaycan - İsveçrə 0:1
Qol: N.Bayrami, 33.
Baş hakim: Novak Simoviç (Serbiya).
Sumqayıt. “Sumqayıt Arena”.


Azərbaycan: 12. Kamran İbrahimov, 2. Amin Seydiyev, 3. Turan Manafov, 5. Nihad Tamazov, 6. Hacıağa Hacıyev (k), 7. Fərid Nəbiyev, 10. İsmayıl İbrahimli, 17. Doğukan Öksüz, 18. Anton Krivotsyuk, 21. Barış Ekincier, 23. Ozan Can Kökcü.
Ehtiyat oyunçular: 22. Nicat Mehbalıyev, 4. Səbuhi Abdullazadə, 8. Rafael Məhərrəmli, 9. Rövlan Muradov, 11. Şakir Seyidov, 13. Murad Qayalı, 14. Elvin Cəfərquliyev, 15. Hüseyn Seyliğli, 16. Süleyman Əhmədov.
Baş məşqçi: Milan Obradoviç.
İsveçrə: 21. Antoni Racioppi, 2. Yordan Lotomba, 3. Silvan Sidler, 4. Yan Bamert, 5. Jasper Van Der Verff, 6. Toni Domgjoni, 7. Dan Ndoye, 8. Bastien Toma (k), 9. Jeremi Gillemenot, 10. Nedim Bayrami, 11. Ruben Varqas.
Ehtiyat oyunçular: 1. Filipp Köhn, 13. Leo Seydu, 14. Sedrik Zesiger, 15. Yves Kayser, 16. Petar Pusic, 17. Kevin Rüegg, 18. Miro Muheim, 19. Filip Ugrinic, 20. Filip Stojilkovic.
Baş məşqçi: Mauru Lustrinell.


İsveçrə – 9, Gürcüstan – 6, Fransa - 3, Slovakiya – 3, Lixtenşteyn – 3, Azərbaycan – 3.

12 Noyabr 2019
11 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB