TOP 10

"40+ Liqa"da xalsız komanda qalmadı: Məhsuldar turda liderlərdən növbəti qələbələr və bombardir dəyişikliyi

Futbol
Tarix: 2019-10-15 10:10

Oktyabrın 13-də “40+ Liqa”da V turun matçları keçirilib. Sport24.az xəbər verir ki, açılış matçında "Keşlə" yüzfaizli nəticə göstərən iştirakçı olaraq çıxışını davam etdirib. Bu dəfə ən yaxın izləyicisi "Qardaşlar"ı məğlub edən bu komanda ardıcıl 3-cü qələbəsini qazanıb. 

 

Ardından "Pioner Arena"yla "Old Stars" meydana çıxıblar. Futzalçılardan ibarət yığma inamlı qələbə qazanıb. Bunda "Old Stars"ın qapıçısı Nihat Çətindərənin hesab 0:1 olarkən birbaşa qırmızı vərəqə alması da təsirsiz ötüşməyib. Nəticədə bu qolkiper növbəti turda cəza üzündən komandasına kömək edə bilməyəcək. 

 

Lider "Veteran" növbəti qələbəsini qazanıb. "Sport24.az"-ın güclü rəqiblə çətin sınaq sınaqda heyətdə ciddi itkilərinin olması da sözünü deyib. "Qusil" ləqəbiylə tanınan "Veteran"ın qapıçısı Hüseyn Məhəmmədov qol seriyasını yenə sürdürüb. 

 

Turda yeganə heç-heçə autsayderlər olan "BravoDent"lə "Baktelekom"un görüşündə qeydə alınıb. İkincilər son pillədən yaxa qurtara bilməsələr də, nəhayət. hesablarına xal yazıblar. Bununla da liqada xal qazanmayan komanda qalmayıb. 

 

Onu da bildirək ki, hesabat turu məhsuldarlığı ilə yadda qalıb. Bütün komandaların qol vurduğu gündə qapılardan 45 top keçib. Bombardirlər yarışında da lider dəyişikliyi olub. Belə ki, penta-trik edən "Keşlə"nin hücumçusu Paş Əliyev "Baktelekom"lu Əkbər Əlizadəni keçərək 1-ci yerə yüksəlib. 

 

V tur

"Keşlə" - "Qardaşlar" - 12:5

Qollar: Paşa Əliyev (5), Alim Qurbanov (3,) Azər Cabbarov, Vadar Nuriyev, Zaur İsmayılov, Nadir Əliyev - Şahin Qasımzadə (2), Vüsal Qasımzadə (2), Emin Abdullayev 

 

"Pioner Arena" - "Old Stars" - 5:1

Qollar: Zeynal Zeynalov (2), Mahir Eyniyev, Ağatahir Əzimov, Rüfət Hüseynov - Anar Qaraxancallı

Qırmızı vərəqə: Nihat Çətindərə ("Old Stars", birbaşa)

 

"Veteran" - "Sport24.az" - 10:3

Qollar: Emin Quliyev (4), Zaur Ramazanov (3), Elşad Quliyev (2), Hüseyn Məhəmmədov - Azər Mehdiyev (2), Mehman Yunusov

 

"Baktelekom" - "BravoDent" - 3:3

Qollar: Amil Abbasov (2), Novruz Əzizov - Əkbər Əlizadə, Cəmaləddin Məmmədov, Füzuli Kərimov

 

 

1. Veteranlar      5 4 1 0 45-17  13
2. Pioner Arena  4 3 1 0 26-7   10
3. Keşlə               3 3 0 0 29-14   9
4. Qardaşlar       5 2 0 3 24-49   6
5. Old Stars        4 1 1 2 22-21   4
6. Sport24.az     5 1 1 3 18-27   4
7. BravoDent      5 1 1 3 15-28  4
8. Baktelekom   5 0 1 4 26-42   1

 

Bombardirlər: Paşa Əliyev ("Keşlə") - 13, Əkbər Əlizadə ("Baktelekom") - 12 qol

 

12 Noyabr 2019
11 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB