TOP 10

Ukrayna AÇ-2020-də, Türkiyədən Fransa ilə heç-heçə

Dünya Futbolu
Tarix: 2019-10-15 00:49

Futbol üzrə Avropa çempionatının seçmə mərhələ oyunları davam edir. Sport24.az xəbər verir ki, bu gün 8-ci turun daha 7 görüşü keçirilib.


A qrupunda Bolqarıstanın qonağı olan İngiltərə yığması final mərhələsinə vəsiqəni rəsmilşdirə bilərdi. Bunun üçün "dumanlı albion" təmsilçisi qələbə qazanmalı, digər matçda isə Kosovo Monteneqroya uduzmalı idi. İngilislər özləri darmadağına seviniblər. Amma digər oyunda Kosovo da inamlı qələbə qazandığından, ingilislərin arzusu gerçəkləşməyib.


B qrupunda liderlər Ukrayna ilə Portuqaliya qarşılaşıb. Meydan sahibləri uduzmasa, final mərhələsinə vəsiqə qazanacaqdı. Portuqaliyanın buna nail olması isə Serbiyanın büdrəməsindən asılı idi. Ukrayna Portuqaliyanı məğlub etməklə arzusuna çatıb və qitə birinciliyinə vəsiqə qazanıb.


Günün ən maraqlı oyunu H qrupunda keçirilib. Eyni xala malik Türkiyə ilə Fransa üz-üzə gəlib. İki komandadan biri final mərhələsində vəsiqə əldə edə bilərdi. Amma tərəflər meydanı heç-heçə ilə tərk ediblər.


AÇ-2020-nin seçmə mərhələsi
14 oktyabr


A qrupu


Kosovo – Monteneqro 2:0
Qol: Rahmani, 10. Muriqi, 34.


Bolqarıstan - İngiltərə 0:6
Qol: Reşford, 7. Barkli, 20; 32. Sterlinq, 45+3; 69. H.Keyn, 85.


B qrupu


Ukrayna – Portuqaliya 2:1
Qol: Yaremçuk, 6. Yarmolenko, 27 – Ronaldo, 72-pen.


Litva – Serbiya 1:2
Qol: Kazlauskas, 79 – Mitroviç, 49; 53.


H qrupu


Moldova – Albaniya 0:4
Qol: Çikalleşi, 22. Bare, 34. Traşi, 40. Manay, 90.


İslandiya – Andorra 2:0
Qol: Siqurdsson, 38. Siqtorsson, 65.


Fransa – Türkiyə 1:1
Qol: Jiru, 76 – K.Ayhan, 82.

18 Noyabr 2019
17 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB