TOP 10

Rudi Qarsiya rəsmən Lion “Olimpik”ində

Dünya Futbolu
Tarix: 2019-10-14 20:50

Fransanın “Olimpik” (Lion) klubunun yeni baş məşqçisi məlum olub. Sport24.az xəbər verir ki, Liqa 1 təmsilçisinin “sükan”ı Rudi Qarsiyaya tapşırılıb. 


Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Amma tərəflər arasında imzalanan müqavilənin müddəti açıqlanmayıb. Fransa mətbuatı isə 55 yaşlı mütəxəssisin 2 illik müqaviləyə imza atdığını yazıb.


Baş məşqçi karyerası ərzində “Sent Etyen”, “Lill”, “Roma” kimi komandaları çalışdıran Qarsiyanın son iş yeri Marsel “Olimpik”i olub.


Cari mövsümdə keçirdiyi 11 rəsmi oyundan cəmi 3-də qələbə qazanan, son 7 çempionat oyununda qələbəyə həsrət qalan Lion “Olimpik”ində bir müddət əvvəl baş məşqçi Silvinyo istefaya göndərilmişdi. Sözügedən komanda hazırda 12 xalla 14-cü pillədə qərarlaşıb.

19 Noyabr 2019
18 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB