TOP 10

Lion “Olimpik”ində yeni baş məşqçi

Dünya Futbolu
Tarix: 2019-10-14 17:31

Fransanın “Olimpik” (Lion) klubunun yeni baş məşqçisi məlum olub. Sport24.az xəbər verir ki, Liqa 1 təmsilçisinin “sükan”ı Rudi Qarsiyaya tapşırılıb. Bu barədə “France Football” nəşri məlumat yayıb.
 

Xəbərdə, Qarsiya ilə müddəti 2021-ci ilin yayına qədər olan sözləşmə imzalanacağı bildirilir. Lion klubunun yaxın zamanda bu təyinatı açıqlayacağı gözlənilir.


Baş məşqçi karyerası ərzində “Sent Etyen”, “Lill”, “Roma” kimi komandaları çalışdıran Qarsiyanın son iş yeri Marsel “Olimpik”i olub.


Lion “Olimpik”ində bir müddət əvvəl baş məşqçi Silvinyo istefaya göndərilmişdi.

15 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB