TOP 10

Millinin baş məşqçisi "Səbail"in futbolçusunun cavabını verdi: "O "quşlayıb", başqa söz tapa bilmirəm"

Futbol
Tarix: 2019-10-14 18:00

Moldova millisinin baş məşqçisi Semyon Altmanla bu ölkənin millisnin üzvü olan "Səbail"in yarımmüdafiəçisi Yevgeni Koçuk arasında "söz müharibəsi" davam edir. Sport24.az xəbər verir ki, bu dəfə təcrübəli ukraynalı mütəxəssis futbolçunun fikirlərinə cavab verib.

 

Belə ki, Koçukun iddiasına görə, millidəki çalışdırıcısı onun Azərbaycan klubunda hansı mövqedə çıxış etdiyini bilmir: "Bütün futbolçuları yoxlayırıq və onların hazırlıqlarını izıəyirik. Bu, Koçukun "quşlaması"dı ki, hansı mövqedə oynadığını bilmirəm. Bəziləri diqqətliliyimə bələd olaraq bilir ki, onun valideynləri kimdi, hansı uşaqlardı və sair. Hələ qalan detallardan danışmasaq. Belə vəziyyət oldu ki, hazırlığa az vaxtımız oldu, o isə ən axırda gəldi. İnsan "quşlayıb", başqa söz tapa bilmirəm. Dedikləri isə artıq internetdə və KİV-də getdi"

 

Xatırladaq ki, Altman millinin ötən ayda Türkiyəylə rəsmi matçından əvvəl düşərgəni özbaşına tərk edən Koçuku budəfəki qarşılaşmalara çağırmadı. 

 

19 Noyabr 2019
18 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB