TOP 10

Rəşad Sadıqov da etiraz etdi: "Daha bu qədər də haqsızlıq olmaz!" - FOTO

Futbol
Tarix: 2019-10-14 14:34

"Qarabağ"ın kapitanı Rəşad Sadıqov Azərbaycan millisinin AVRO-2020-nin seçmə mərhələsində Macarıstanla səfər oyununda (0:1) üzləşdiyi haqsızlığa münasibət bildirib. Sport24.az xəbər verir ki, təcrübəli müdafiəçi şəxsi "Instagram" səhifəsində Bəhlul Mustafazadənin sayılmayan qol epizodunu paylaşaraq, qeyd edib: "Daha bu qədər də haqsızlıq olmaz!"

 

Məlumdur ki, m=atçın 90+3-cü dəqiqəsində Bəhlul topu rəqib qapısından keçirsə də, oyunun niderlandlı hakim Dennis Hiqler onun əllə oynadığını əsas gətirərək, qolu qeydə almayıb. Epizodun təkrarında isə referinin kobud səhvə yol verdiyi görünüb.

 

Xatırladaq ki, 22 yaşlı Mustafazadə ötən mövsümdə kapitanı olduğu U-21-də Sadıqovun rəhbərliyi altında da çıxış edib. 

 

 

19 Noyabr 2019
18 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB