TOP 10

Hollandiya mətbuatı öz hakimlərinin millimizin təmiz qolunu qeydə almamasına biganə qalmadı: "Qəribə qərardı"

Futbol
Tarix: 2019-10-14 13:46

Hollandiya mətbuatı AVRO-2020-nin seçmə mərhələsində Macarıstan - Azərbaycan matçını idarə etmiş bu ölkənin təmsilçsii Dennis Hiqlerin kobud səhvinə biganə qalmayıb. Sport24.az xəbər verir ki, FİFA referisinin millimizin təmiz qolunu saymamasını müxtəlif mənbələr "Hiqler qəribə qərar qəbul etdi", "Azərbaycan Hiqlerdən narazıdı", "Denis Hiqler nifrət və inamsızlıq yaradır" kimi fikirlərlə ifadə edib. 

 

Xatırladaq ki, macarların Budapeştdə 1:0 hesabıyla qalib gəldikləri matçın 90+3-cü dəqiqəsində müdafiəçimiz Bəhlul Mustafazadə qapıçıdan qayıdan topu qarnıyla tora göndərsə də, baş hakim əllə oyun qeydə alaraq təmiz qolu ləğv edib. 

19 Noyabr 2019
18 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB