TOP 10

“Real”ın futbolçuları sıradan çıxdı

Dünya Futbolu
Tarix: 2019-10-14 12:25

İspaniyanın “Real” klubu ciddi itkilərlə üzləşib. Sport24.az xəbər verir ki, Madrid təmsilçisinin futbolçuları – Luka Modriç və Qaret Beyl zədələnib. Bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.


Modriç və Beyl Uels – Xorvatiya oyununda (1:1) zədələnib. Uels millisinin kapitanı Beyl oyunun sonlarında axsasa da, əvəzetmə limiti dolduğu üçün meydanda qalıb. Modriç isə qarşılaşmanın 90-cı dəqiqəsində Milan Badeliylə əvəzlənib.


Hər iki futbolçunun son durumu tibbi müayinədən sonra bilinəcək.

19 Noyabr 2019
18 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB