TOP 10

Macarıstan millisinin futbolçusu: "Dua edirdim ki, Azərbaycanın qolu hər hansı səbəbdən sayılmasın"

Futbol
Tarix: 2019-10-14 11:07

Macarıstan millisinin futbolçusu Dominik Soboslai Azərbaycan yığması ilə AVRO-2020-nin seçmə oyununu dəyərləndirib. Sport24.az xəbər verir ki, yarımmüdafiəçi  ən yaxşı oyunlarını göstərmədiklərini açıqlayıb.: Baş məşqçinin tapşırıqlarına daha yaxşı əməl etməli idik. Hesabı açandan sonra da qol vura bilərdik. Sonradan isə tempin yüksək olmasına çalışmırdıq. Hücum potensialımız qaydasında idi. Sadəcə, qol imkanlardan istifadə etmək istənilən səviyyədə deyildi”.

 

Dominik Azərbaycan millisinin vurduğu, lakin hakimin qeydə almadığı qola belə münasibət bildirib: “Həmin vaxt ehtiyat oyunçular skamyasında idim. Oradan epizodu dəqiq görə bilməzdim. Çaşıb qalmışdım. Dua edirdim ki, hər hansı səbəbdən - əllə oyun, ofsayt və ya səhvən qol sayılmasın. Amma həmin epizodla bağlı heç nə görməmişdim”.

 

Qeyd edək ki, Soboslai komandasının 1:0 hesabı ilə qalib gəldiyi oyunun 76-cı dəqiqəsində əvəzlənib. 

19 Noyabr 2019
18 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB