TOP 10

Millimizə qol vuran macar futbolçu: "Belə uzaq məsafədən topu tora göndərməkdən xoşum gəlir"

Futbol
Tarix: 2019-10-14 10:26

Macarıstan millisinin futbolçusu Mihali Korhut AVRO-2020-nin seçmə mərhələsinin Azərbaycan yığması ilə oyununu şərh edib. Sport24.az xəbər verir ki, matçda yeganə qolun müəllifi olan sol cinah müdafiəçisi təxminən 28 metrdən qapıya göndərdiyi zərbəni dəyərləndirib: “Belə qol vurmaqdan xoşum gəlir. Zərbəm çox yaxşı və qüvvətli alındı. Bu qolun vurulmasında trenajor zalındakı hazırlığın da rolunu inkar edə bilmərəm. Toplu məşq zamanı da belə uzaq nöqtələrdən hədəfə düşmək üzərində çalışıram".

 

Korhut üzüldüyü məqama da toxunub: "Bbu oyunda məni təəssüfləndirən odur ki, sarı vərəqə aldım. Cəzalı duruma düşdüyümdən seçmə mərhələdəki son matçı buraxmalı olacağam. Mənə elə gəlir ki, bu vərəqəni almaya da bilərdim”.

 

 

19 Noyabr 2019
18 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB