TOP 10

Uels yığması Bakıya itki ilə gələcək

Dünya Futbolu
Tarix: 2019-10-14 11:00

AÇ-2020-nin seçmə mərhələsinin 9-cu turunda Azərbaycanla qarşılaşacaq Uels millisi itki ilə üzləşib. Sport24.az xəbər verir ki, Böyük Britaniya təmsilçisi noyabrın 16-da keçiriləcək qarşılaşmada Co Allenin xidmətindən yararlana bilməyəcək.


Buna futbolçunun cəzalı duruma düşməsi səbəb olub. Xorvatiya yığması ilə görüşdəki (1:1) sarı vərəqə Allenin 3-cü xəbərdarlığıdı.
 

“Stok Siti” klubunun 29 yaşlı yarımmüdafiəçisi martın 24-də Slovakiya (1:0), sentyabrın 6-da Azərbaycanla (2:1) ev görüşlərində də cəzalanmışdı.


Qeyd edək ki, Azərbaycan – Uels oyunu noyabrın 16-da Bakıda keçiriləcək.

15 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB