TOP 10

İtaliya yığmasında itki

Dünya Futbolu
Tarix: 2019-10-14 10:20

Futbol üzrə İtaliya yığması itki ilə üzləşib. Sport24.az xəbər verir ki, müdafiəçi Danilo D`Ambrozio zədələnib.


Milan “İnter”inin şərəfini qoruyan futbolçu AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində keçirilmiş Yunanıstanla qarşılaşmada sıradan çıxıb. Hansı ki, həmin oyunda 2:0 hesabıyla qalib gələn İtaliya millisi ardıcıl 7 qələbə sayəsində artıq növbəti Avropa çempionatına vəsiqəni təmin edib.


“Gazzetta dello Sport”un yazdığına görə, D`Ambrozio Lixtenşteynə qarşı keçirəcəkləri növbəti oyunu buraxmalı olacaq. Onun bərpa müddəti ətraflı həkim müayinəsindən sonra müəyyənləşəcək.

Lixtenşteyn – İtaliya qarşılaşması oktyabrın 15-də baş tutacaq.
 

19 Noyabr 2019
18 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB