TOP 10

AÇ-2020-yə daha 2 vəsiqənin sahibi bəlli oldu

Dünya Futbolu
Tarix: 2019-10-14 00:55

Bu gün AÇ-2020-nin seçmə mərhələsində 8-ci tura start verilib. Sport24.az xəbər verir ki, 4 qrupda 9 qarşılaşma baş tutub.
 
C qrupunun favoritlərindən Almaniya Estoniya ilə, Hollandiya Belarusla üz-üzə gəlib. Hollandlar çətin, almanlar isə asan qələbəyə seviniblər.
 
Azərbaycan yığmasının yer aldığı E qrupunda da iki matç baş tutub. Millimizin Macarıstana uduzduğu gündə Xorvatiya Uelsin qonağı olub. Xorvatlar səfərdə qalib gəlsəydilər, AÇ-2020-nin final mərhələsinə vəsiqənin sahibi olacaqdılar. Amma qarşılaşma heç-heçə bitib və xorvatlar istəklərinə çata bilməyiblər.
 
Bir oyunu iki gün sonraya təsadüf edəcək G qrupunun lideri Polşa isə bu vəzifənin öhdəsindən gəlib. Bunun üçün onlar Şimali Makedoniyaya qalib gəlməli, Sloveniyanın xal itkisinə ümid etməliydi. İnamlı qələbə qazanan polşalılar sloveniyalıların xal itirdiyi gündə Avropa çempionatına vəsiqəni bayram ediblər. 
 
İ qrupunda Belçikanın ardınca Rusiya da final mərhələsinə yüksəlib. Bunun üçün şimallılar Kipr səfərində uduzmamalıydı. Şimal qonşularımız bu istəklərinə darmadağınla çatıblar. Qrupun digər matçında Belçika səfərdə Qazaxıstanı məğlub edib.
 
AÇ-2020-nin seçmə mərhələsi
13 oktyabr
 
İ qrupu
 
Qazaxıstan – Belçika 0:2

Qol: Batşuayi, 21. Munye, 53.
 
Kipr – Rusiya 0:5
Qol: Çerışev, 9; 90+2. Ozdoyev, 23. Dzyuba, 79. Qolovin, 89.
 
Şotlandiya – San Marino 6:0
Qol: Makqinn, 12; 27; 45+1. Şenklend, 65. Findli, 67. Armstronq, 87.
 
C qrupu
 
Belarus – Hollandiya 1:2

Qol: Draqun, 54 - Veynaldum, 32; 41.
 
Estoniya – Almaniya 0:3
Qol: İ.Gündoğan, 52; 58. Verner, 71.
 
E qrupu
 
Macarıstan – Azərbaycan 1:0

Qol: Korhut, 10.
 
Uels – Xorvatiya 1:1
Qol: Q.Beyl, 45+3 – Vlaşiç, 9.
 
G qrupu
 
Sloveniya – Avstriya 0:1

Qol: Poş, 21.

Polşa – Şimali Makedoniya 2:0
Qol: Frankovski, 74. Milik, 80.

15 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB