TOP 10

Cüdoçularımız dünya çempionatını 7 medalla başa vurdular

Cüdo
Tarix: 2019-10-13 23:32

Mərakeşdə veteran cüdoçular arasında keçirilən dünya çempionatının 4-cü günü də Azərbaycan millisi üçün uğurlu olub. Sport24.az xəbər verir ki, ölkəmizi dünya çempionatında təmsil edən veteran cüdoçular Rəsul Səlimov (M-2, 90 kq) və Elxan Rəcəbli (M-7, 90 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar. 


M-2 kateqoriyası üzrə 66 kq çəki dərəcəsində yarışan həmyerlimiz Vüqar Babayev yalnız finalda uduzaraq dünya çempionatının gümüş medalına layiq görülüb. Bu, Azərbaycan millisinin Mərakeşdə qazandığı 7-ci medal olub. 


Qeyd edək ki, əvvəlki yarış günlərində Fərhad Rəcəbli, Məmməd Məmmədov, Mübariz Cəfərov mundialda 1-ci yeri, Müşviq Cəfərov isə 3-cü yeri tutub.

15 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB