TOP 10

Rossi bəxtlərinin gətirdiyini etiraf etdi: "Xoşbəxtlikdən Azərbaycanın qolu sayılmadı"

Futbol
Tarix: 2019-10-13 22:47

"75 dəqiqəni yaxşı keçirdik, sonra isə yorulduq. Rəqib bundan yararlanaraq qol vurdu. Xoşbəxtlikdən qol sayılmadı. Orada nə baş verdiyini görmədim. Bəxtimiz gətirdi". Sport24.az-ın Budapeştə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Macarıstan yığmasının baş məşqçisi Marko Rossi evdə Azərbaycan millisinə 1:0 hesabı ilə qalib gəldikləri AVRO-2020-nin seçmə qrup matçından sonra mətbuat konfransında deyib.

 

İtaliyalı mütəxəssis hamının Azərbaycan millisinə hörmətlə yanaşmalı olduqlarını vurğulayıb: "Onlar Xorvatiya ilə 1:1 hesablı heç-heçə ediblər, Uelsə son dəqiqələrdə qol buraxaraq uduzublar".

 

Rossi Xorvatiya ilə oyuna görə tənqid olunmalarına da diqqət çəkib: "Həmin görüşdə inanılmaz səhvlərə yol vermişdik. Amma çox güclü futbolçulara, dünyanın ikinci ən güclü komandasına qarşı çıxış etmişdik".

 

 

 

CEYHUN ƏLİYEV, Budapeşt

18 Noyabr 2019
17 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB