TOP 10

Neymar zədələndi, erkən əvəzləndi

Dünya Futbolu
Tarix: 2019-10-13 19:32

Futbol üzrə Braziliya yığma komandası yoxlama oyununda qüvvəsini sınayıb. Sport24.az xəbər verir ki, sözügedən kollektiv Nigeriya millisi ilə üz-üzə gəlib.


1:1 hesabıyla başa çatan qarşılaşma Braziliya yığmasının hücumçusu Neymar üçün uğursuz bitib. Belə ki, matçın əvvəlindəcə zədələnən futbolçu 12-ci dəqiqədə əvəzlənmək məcburiyyətində qalıb. 


Fransa çempionu PSJ-nin şərəfini qoruyan hücumçunun vəziyyətinə qarşıdakı günlərdə ətraflı həkim müayinəsindən sonra aydınlıq gələcək.

19 Noyabr 2019
18 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB