TOP 10

Serhatın komandasından inamlı qələbə

Dünya Futbolu
Tarix: 2019-10-13 15:31

Futbol üzrə İngiltərənin Birinci Liqasında (səviyyəcə üçüncü) 13-cü turun oyunları keçirilib. Sport24.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət milli komandasının yarımmüdafiəçisi Serhat Taşdemirin formasını geyindiyi “Piterboro Yunayted” klubu da növbəti matçına çıxıb.


Sözügedən komanda doğma meydanda “Linkoln”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:0.


Serhat bu qarşılaşmanın iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.


“Piterboro Yunayted” 13 turdan sonra 21 xalla 24 kollektiv arasında 3-cü pillədə qərarlaşıb.

19 Noyabr 2019
18 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB