TOP 10

İlham Əliyevlə Mehriban Əliyeva dünya çempionumuzu təbrik etdilər

Şahmat
Tarix: 2019-10-13 15:00

Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın Mumbay şəhərində 14, 16 və 18 yaşlı oğlanlar və qızlar arasında şahmat üzrə keçirilən dünya çempionatında qalib olan Aydın Süleymanlını təbrik edib. Sport24.az xəbər verir ki, təbrikdə deyilir:

 

"Əziz Aydın,

Hindistanda oğlanlar və qızlar arasında keçirilən şahmat üzrə dünya çempionatında 14 yaşlılar arasında qələbə qazanmağın münasibətilə səni ürəkdən təbrik edirəm.

Sən ilk turlardan yarışa liderlik edərək turniri qələbə ilə başa çatdırdın və həmyaşıdların arasında şahmat üzrə dünya çempionu adını qazanaraq şahmat tariximizdə daha bir parlaq səhifə açdın.

Sənə ən xoş arzularımı yetirir, yeni-yeni qələbələr diləyirəm".

 

Azərbaycan Respublikasının I vitse-prezidenti Mehriban Əliyeva da yeniyetmə şahmatçımızı dünya çempionu olması münasibətilə təbrik edib.  Bu, Mehriban Əliyevanın şəxsi "Facebook" səhifəsində yerləşdirilib: "Yenineytmə şahmatçımız Hindistanda 14, 16 və 18 yaşlı oğlanlar və qızlar arasında keçirilən şahmat üzrə dünya çempionatının qalibi olması xəbəri hər birimizə ancaq qürür və sevinc hissi yaşada bilər. Dünya çempionu titulu uğrunda yarışlarda qələbə qazanmağı münasibətilə Aydını ürəkdən təbrik edir, ona yeni-yeni nailiyyət və qələbələr arzulayıram!".

 

 

 

 

15 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB