TOP 10

İtaliya yığması 81 il öncəki rekordunu təkrarlamaq üzrə - Mançiniylə gəlir

Dünya Futbolu
Tarix: 2019-10-13 14:00

İtaliya millisi Roberto Mançininin baş məşqçiliyi altında müxtəlif turnirlərdə ardıcıl 8-ci qələbəsini qazanıb. Sport24.az xəbər verir ki, bununla da milli 1938-ci ildə qeydə alınmış rekordu yeniləməyə yaxınlaşıb.

 

Həmin vaxt Vittorio Potsonun baş məşqçisi olduğu "Skuadro Adzurra" dalbadal 9 rəsmi matçda qələbə qazanmışdı. İtalyanların öz rekordlarını təkrarlamaq üçün çox yaxşı şansa malikdi. Çünki oktyabrın 15-də səfərdə autsayder Lixtenşteynlə görüş var. İtaliya millisi bu rəqibi də məğlub etsə, 81 ildən sonra rekordu təkrarlayacaq.

 

Xatırladaq ki, Mnaçinin komandası dünən Yunanıstan üzərindəki 2:0 hesablı qələbədən sonra AVRO-2020-nin final mərhələsinə vəsiqə qazanıb.

 
19 Noyabr 2019
18 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB