TOP 10

Millimiz 3-cü yer uğrunda oynayacaq

Futbol
Tarix: 2019-10-13 13:00

Azərbaycan U-19 yığmasının Avropa çempionatının seçmə mərhələsində yer aldığı 7-ci qrupda II tur yekunlaşıb. Sport24.az xəbər verir ki, millimizin Çexiyaya 0:4 hesabıyla uduzduğu gündə Norveç San-Marinonu daha böyük hesabla darmadağın edib - 8:1. 

 

Özü də maraqlıdı ki, matçda hesabı "cırtdan ölkə"nin yığması açıb. Ancaq norveçlilər rəqibini buna peşman ediblər.

 

Beləliklə, 2 turdan sonra Çexiyayla Norveç hərəyə 6 xalla qrupda 2 ilk yeri tutaraq növbəti mərhələyə vəsiqəni təmin ediblər. Hesablarında xal olmayan Azərbaycanla San-Marionun isə qrupda qalmaları dəqiqləşib. Samir Əliyevin komandası rəqibi topların daha yaxşı fərqinə görə qabaqlayır. Son turda məhz bu yığmalar oktyabrın 15-də Bakı vaxtilə saat 17:00-da görüşərək 3-cü yerin sahibin kim olmasını müəyyənləşdirəcək. 

19 Noyabr 2019
18 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB