TOP 10

"Göyəzən"dən 5 cavabsız qol, 5 yeni transfer - FOTOLAR

Futbol
Tarix: 2019-10-13 12:00

Növbəti mövsümdə Region Liqasında eyni liqada iştirak edəcək Qazaxın "Göyəzən" və Gəncənin "Qoşqar UGİM-2" komandaları yoxlama matçında qarşılaşıb. Sport24.az xəbər verir ki, Qazax şəhər stadionunda keçirilən Qərb derbisi meydan sahiblərinin 5:0 hesablı qələbəsiylə yekunlaşıb. 

 

Darmadağında "Göyəzən"ın kapitanı, təcrübəli hücumçusu Arzuman Vəliyev və Xəyal Qasımov dubla imza atıb, daha bir qolu isə İlkin Allahverdiyev vurub.

Bu arada "Göyəzən" birdən-birə 5 yeni transfer edərək rəsmən təqdim edib. Elə bu matçda dubl müəllifi olan Xəyal da bu futbolçulardandı. Maraqlıdı ki, gəncəli təcrübəli oyunçu olan yarımmüdafiəçi ötən mövsüm Region Liqasında məhz "Qoşqar UGİM-2"də keçirərək keçmiş komandasının qapısına yol tapıb.

 

Digərlərindən 3 futbolçu "Göyəzən" öz yetirmələridi və hərbi xidmətdən qayıdıraraq yenidən doğma komandalarında çıxış edəcəklər. Onlar 27 yaşlı İbrahim Həsənov qapıçı, 25 yaşlı Fərid Alıyev müdafiəçi ,həmyaşıdı Rəhim Camallı yarımmüdafiəçidi. Daha bir futbolçu isə Premyer Liqa təcrübəsi də görmüş, ötən mövsüm I Divizionda "Turan Tovuz"da keçirən yarımmüdafiəçi Əli Bağırovdu. O, icazəlı olduğundan gəncəlilərlə hazırkıq matçında iştirak etməyib. 

 

18 Noyabr 2019
17 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB