TOP 10

Əliyev dubla imza atdı, “Ximki” darmadağına sevindi

Dünya Futbolu
Tarix: 2019-10-13 09:33

Futbol üzrə Rusiya çempionatının 1-ci divizionunda 17-ci turun oyunları keçirilib. Sport24.az xəbər verir ki, Azərbaycanın U-21 yığmasının sabiq futbolçusu Kamran Əliyevin formasını geyindiyi “Ximki” də növbəti matçına çıxıb.
 

Sözügedən kollektiv doğma meydanda Saransk “Mordoviya”sı ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 4:0.


Kamran da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 79-cu dəqiqədə əvəzlənib. 


Komandasının iki qolunu da Əliyev vurub. 6-cı dəqiqədə hesabı açan futbolçumuz 47-də dublunu rəsmiləşdirib. Bununla da azərbaycanlı forvard cari mövsümdə vurduğu qolların sayını 7-yə çatdırıb.


“Ximki” 17 turdan sonra 37 xalla 20 kollektiv arasında 2-ci pillədə qərarlaşıb.
 

19 Noyabr 2019
18 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB