TOP 10

İspaniya büdrədi, İtaliya AÇ-2020-də!

Dünya Futbolu
Tarix: 2019-10-13 00:56

AÇ-2020-nin seçmə mərhələsində 7-ci tura yekun vurulub. Sport24.az xəbər verir ki, son gündə D, F və J qruplarında ümumilikdə 8 oyun keçirilib.


F qrupunda yer alan İspaniya yığması final mərhələsinə vəsiqəni vaxtından əvvəl təmin edə bilərdi. Bunun üçün Norveçin qonağı olan pireneylilər ardıcıl 7-ci qələbəni qazanmalı, qrupun digər oyunlarında isə İsveç və ya Rumıniya xal itirməliydi. Amma ispanlar bu görüşdə ilk dəfə xal itkisi ilə üzləşiblər. Üstəlik, İsveç və Rumıniya da darmadağına sevinib.


Yunanıstanı qəbul edən İtaliyanın vəsiqəni rəsmiləşdirməsi isə daha real idi. "Skuadra Adzurra"ya bunun üçün istənilən hesablı qələbə kifayət idi. İnamlı qələbə qazanan italyanlar bu vəzifənin öhdəsindən gəliblər. 


AÇ-2020-nin seçmə mərhələsi
12 oktyabr


D qrupu


Gürcüstan – İrlandiya 0:0


Danimarka – İsveçrə 1:0
Qol: Poulsen, 84.


F qrupu


Farer adaları – Rumıniya 0:3
Qol: Puşkaş, 74. Mitrita, 83. Keseru, 90+4.


Norveç – İspaniya 1:1
Qol: Kinq, 90+4-pen - Saul, 47.


Malta – İsveç 0:4
Qol: Danielson, 11. Larsson, 58-pen; 71-pen. Aqius, 66-öz qapısına.


J qrupu


Bosniya və Herseqovina – Finlandiya 4:1
Qol: Hayroviç, 29. Pyaniç, 37-pen; 58. Hodziç, 73 – Pohjanpalo, 79.


Lixtenşteyn – Ermənistan 1:1
Qol: Frik, 72 - Barseqyan, 19.


İtaliya – Yunanıstan 2:0
Qol: Jorjinyo, 63-pen. Bernardeski, 78.

19 Noyabr 2019
18 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB