TOP 10

"40+ Liqa"da növbəti həyəcan günü: "Qonşular"ın prinsipial duelləri, "Sport24.az"ı lider sınağa çəkəcək

Futbol
Tarix: 2019-10-13 11:11

Bu gün “40+ Liqa” turnirinin V tur start götürür. Sport24.az xəbər verir ki, turun bütün qarşılaşmaları eyni gündə keçiriləcək.

 

Oyun günü saat 14:00-da "Keşlə"ylə "Qardaşlar"ın görüşü ilə açılacaq. Bu oyunu "qonşuların dueli" kimi adlandırsaq, daha düzgün olardı. Çünki komandalar eyni xalla turnir cədvəlində 3-4-cü yerləri bölüşdürürlər. Sadəcə, "Keşlə" həm rəqibindən (ümumiyyətlə, hamıdan) az matç keçirdiyinə, həm də topların daha yaxşı fərqinə görə bugünkü rəqibini qabaqlayır. 

 

Saat 15:00-da başlayacaq günün ikinci qarşılaşmasında futzalçıların yığmasından ibarət "Pioner Arena" "Old Starts"ı sınağa çəkəcək. İkincilər qalib gəlsə, rəqibinə çatacaq. Buna görə də "Old Starts" üçün 3 xal hava-su kimi vacibdi. "Pioner Arena" isə liderin ən yaxın izləycisi olaraq ona çatmağa çalışır və bir matçı ehtiyatda var. 

 

Lider "Veteranlar" isə bu dəfə orbabab "Sport24.az" kollektivi ilə görüşəcək. Azərbaycan futbolunun "qaymaqlar"ından ibarət komanda hesabına növbəti 3 xalı yazaraq liderliyi sürsürmək, "Sport24"çülər isə sensasiyaya imza atmaq iddiasındadı. Bu görüş saat 16:00-da başlayacaq. 

 

Nəhayət, tura saat 17:00-da "Baktelekom"la "BravoDent"in qarşılaşması ilə yekun vurulacaq. Bu komandalar turnir cədvəlinin son 2 pilləsində qərarlaşdığından, autsayderlərin dueli olacaq. Özü də "Baktelekom" keçirdiyi bütün matçlarda uduzduğundan hesabında xal olmadığı halda, rəqibinin bir qələbəsi var. 

 

 

V tur

14:00. "Keşlə" - "Qardaşlar"

15:00. "Pioner Arena" - "Old Stars"

16:00. "Veteran" - "Sport24.az"

17:00. "Baktelekom" - "BravoDent"

 

1. Veteranlar      4 3 1 0 35-14  10
2. Pioner Arena  3 2 1 0 21-6     7
3. Keşlə               2 2 0 0 17-9     6
4. Qardaşlar       4 2 0 2 19-37   6
5. Old Stars        3 1 1 1 21-16   4
6. Sport24.az     4 1 0 2 15-17   4
7. BravoDent      4 1 0 3 12-25   3
8. Baktelekom   4 0 0 4 23-39   0

 

Bombardir: Əkbər Əlizadə ("Baktelekom") - 11 qol

19 Noyabr 2019
18 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB