TOP 10

“Araz” ÇL-də mübarizəni dayandırdı

Futzal
Tarix: 2019-10-12 21:25

Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində qrup mərhələsinin sonuncu turunun oyunları keçirilib. Sport24.az xəbər verir ki, Azərbaycan çempionu “Araz” da bu gün sonuncu oyununu keçirib.


Təmsilçimiz qrup oyunlarını təşkil edən Belçikada Ukrayna çempionu “Xerson”la qarşılaşıb.


Komandamız qrupda keçirdiyi ilk iki matçda “Halle Gooik”ə (Belçika) 1:5, “Benfika”ya (Portuqaliya) isə 0:7 hesabı ilə məğlub olmuşdu. Azərbaycan çempionu son görüşdən də məğlub ayrılıb və ÇL-lə vidalaşıb.


UEFA Çempionlar Liqası
12 oktyabr


“Xerson” - “Araz” 8:3
Qollar: R.David, 08:24; 25:44. İ.Korsun, 09:43. L.Lanko, 18:30. P.Şoturma, 22:22; 39:24. M.Bilotserkivets, 23:26; 30:01 - M.Zavriç, 04:04-öz qapısına. İ.Atayev, 29:52. X.Bağırov, 39:05.
Hakimlər: Moşe Bohbot (İsrail), Damian Yaruçeviç (Polşa), Viktor Buqenko (Moldova).
Halle şəhəri. De Bres Arena.


Xerson: 19. Yuri Savenko (q), 4. Dani Fernandes, 5. Vitali Skori (k), 10. Roninyo, 11. Mixaylo Volianyuk, 17. İllia Bakinskyi (k), 2. Riçard David, 8. Dmitri Sorokin, 9. Mixaylo Zavriç, 12. Petro Şoturma, 13. Levgen Lanko, 15. Mikola Bilotserkivets, 18. Maksim Bessalov, 20. İhon Korsun.
Baş məşqçi: Xavi Rodriqes Nebreda.

Araz: 12. Rövşən Hüseynli (q), 5. Murilo Borges Souza, 7. Ramiz Çovdarov, 8. Rizvan Fərzəliyev (k), 11. Xətai Bağırov, 19. Vladislav Reznov (q), 10. Nihad İsmayılov, 17. İsa Atayev.
Baş məşqçi: Joze Alesio Da Silva.

18 Noyabr 2019
17 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB