TOP 10

Xorvatiya Macarıstanı darmadağın etdi, Belçika AÇ-2020-də!

Dünya Futbolu
Tarix: 2019-10-11 01:16

Futbol üzrə AÇ-2020-nin seçmə mərhələsində 7-ci tura start verilib. Sport24.az xəbər verir ki, ilk oyun günündə 4 qrupda 10 oyun baş tutub.


Azərbaycan millisinin yer aldığı E qrupunda iki oyun olub. İlk iki yer uğrunda mübarizə aparan komandaların dueli böyük maraq doğururdu. Bir neçə gün sonra yığmamızı qəbul edəcək Macarıstan əvvəlcə Xorvatiyanın qonağı olub və böyük hesabla uduzub. Digər qarşılaşmada isə Slovakiya ilə Uels münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə qalib müəyyənləşməyib.


C qrupunda ikinci sırada yer alan Şimali İrlandiya əsas rəqiblərindən olan Hollandiyanı qəbul edib. Dörd qolun qeydə alındığı qarşılaşma hollandların çətin və əzmkar qələbəsiylə yekunlaşıb. Belarus – Estoniya matçında isə qapılara qol vurulmayıb.


Avropa çempionatına ilk vəsiqələr İ qrupunda qazanıla bilərdi. İlk 6 turu itkisiz keçirən Belçika doğma arenasında San Marino üzərində qələbə qazanaraq, bu vəzifənin öhdəsindən gəlmiş olacaqdı. Gözlənildiyi kimi, meydan sahibləri bu şansı əldən verməyiblər. 9 cavabsız qola sevinən belçikalılar həm də AÇ-2020-yə ilk vəsiqənin sahibi olublar. Həmçinin Rusiya da final mərhələsinə indidən bilet əldə edə bilərdi. Bunun üçün şimal qonşularımız Şotlandiyaya qalib gəlməli, Qazaxıstanla Kipr isə bərabərə qalmalıydı. Lakin ruslar qələbə qazansalar da, digər oyunda Kipr 3 xal əldə edib.


AÇ-2020-nin seçmə mərhələsi
10 oktyabr


İ qrupu


Qazaxıstan – Kipr 1:2
Qol: Yerlanov, 34 – Sotiriu, 73. İoannu, 84.


Rusiya – Şotlandiya 4:0
Qol: Dzyuba, 57; 70; 84. Ozdoyev, 60.


Belçika – San-Marino 9:0
Qol: Lukaku, 28; 41. Şadli, 31. Drolli, 35-öz qapısına. Alderveyreld, 43. Tilemans, 45+1. Benteke, 79. Versxaren, 84-pen. Kastan, 90.


C qrupu


Belarus – Estoniya 0:0


Hollandiya – Şimali İrlandiya 3:1
Qol: Depay, 80; 90+4. De Yonq, 90+1 – Magennis, 75.


E qrupu


Xorvatiya – Macarıstan 3:0
Qol: Modriç, 5. Petkoviç, 24; 42.


Slovakiya – Uels 1:1
Qol: Kuçka, 53 – Mur, 25.


G qrupu


Avstriya – İsrail 3:1
Qol: Lazaro, 41. Hinteregger, 56. Sabitzer, 88 – Zahavi, 34.


Şimali Makedoniya – Sloveniya 2:1
Qol: Elmas, 50; 68 – İliçiç, 90+5-pen.


Latviya – Polşa 0:3
Qol: Levandovski, 9; 13; 76.

14 Oktyabr 2019
13 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB