TOP 10

Azərbaycan çempionatında yeni mövsümə start verildi

Basketbol
Tarix: 2019-10-10 21:45

Bu gün basketbol üzrə 27-ci Azərbaycan çempionatına start verilib. Sport24.az xəbər verir ki, əvvəlcə saat 19:30-da “Sərhədçi” olimpiya idman mərkəzində yeni mövsümün təntənəli açılış mərasimi təşkil olunub.


Ardınca mövsümün ilk oyunu keçirilib. Mövsümün açılış görüşü “Gəncə” və “Zirvə Astara” arasında baş tutub. Əyalət təmsilçilərinin duelində cənublular 77:56 hesabıyla qalib gəliblər.


İlk turun qalan üç oyunu oktyabrın 12-də keçiriləcək. “Sərkərdə” “Atom”la, “Xırdalan” - “Atletik”lə, “Sıçrayış” “80-lər”lə üz-üzə gələcək. Bu oyunlar Dövlət Texniki Universitetinin idman zalında keçiriləcək.

14 Oktyabr 2019
13 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB