TOP 10

“Zirə” yeni baş məşqçisini təqdim etdi

Futbol
Tarix: 2019-10-10 16:51

Dünən yeni baş məşqçi təyinatı gerçəkləşdirən “Zirə”nin fəxri prezidenti Orxan Məmmədov bu gün komanda ilə görüşərək, yeni baş məşqçi Zaur Həşimovu onlara təqdim edib. Sport24.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, fəxri prezident Zaur Həşimovun daha əvvəl də “Zirə”də çalışdığını və onun məşqçilik bacarığına bələd olduğunu deyərək mütəxəssisə inamını ifadə edib. 


O, həmçinin, komandanın futbolçu heyətinin də yüksək nəticələr qazanmaq üçün yetərli imkanlarının olduğunu deyib. Orxan Məmmədov həm yeni baş məşqçiyə, həm də ümumilikdə komandaya uğurlar arzulayaraq həmişə olduğu kimi onlara dəstəyini əsirgəməyəcəyini də əlavə edib.


Daha sonra çıxış edən Zaur Həşimov ona etimad göstərdiyinə görə fəxri prezidentə təşəkkür edib və bu etimadı doğrultmağa çalışacağını deyib.

20 Oktyabr 2019
19 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB