TOP 10

Dadaşov "TOP-11"ə düşdü, Şeydayev fərqli qola imza atdı

Futbol
Tarix: 2019-10-10 18:00

Rüfət Dadaşov Azərbaycan millisinin heyətində yubiley - 5-ci qolunu vurub. Sport24.az xəbər verir ki, 28 yaşlı hücumçu bunu Bəhren yığmasını səfərdə 3:2 hesabıyla məğlub etdiyimiz yoldaşlıq görüşündə 41-ci dəqiqədə hesabı 1:1 etməklə gerçəkləşdirib.

 

Bununla da Rüfət 6 illik fasilədən sonra millimizdə yenidən fərqlənib. Maraqlıdı ki, Daşov 2013-cü ildə millimizdə debüt edəndən sonra, hələ almaniyalı baş məşqçi Berti Foqtsun vaxtında 5 ayda 4 qol vurmuşdu. Özü də o, daha çox yoldaşlıq görüşündə fərqlənib. Təsadüfi deyil ki, 5 qoldan 4-ü qeyri-rəsmi matçlara təsadüf edib. O da maraqlıdır ki, Rüfət qol hesabını məhz Asiyada - Qətər yığmasıla Dohadakı yoldaşlıq görüşündə açaraq hesabı 1:1 etmişdi. Sadəcə, 2013-cü ilin mayın 29-da keçirilən həmin matç elə bu hesabla da bitmişdi. 

 

Dadaşov bundan 3 ay sonra - avqustun 15-də Malta yığmasını "Bakcell Arena"da 3:0 hesabıyla yendiyimiz yoldaşlıq görüşdə dubla imza atmaqla böyükhesablı qələbədə əsas pay sahibi olmuşdu. Rüfətin hələ ki yeganə rəsmi qolu da "Bakcell Arena"da olub. Bu, 2013-cü ilin oktyabrın 11-də Şimali İrlandiya yığmasına 2:0 hesabıyla qalib gəldiyimiz DÇ-2014-ün seçmə mərhələ matçında hesabı açmasıyla reallaşıb.

 

Rüfət millimizin 27 illik tarixində bombardirlər siyahısında ən azı 5 qol vuran futbolçulardan ibarət  "TOP-11"ə daxil olub. O, futbolçu karyeralarını artıq bitirən Nazim Süleymanov, Fərrux İsmayılov və Vidadi Rzayevə çatıb. 

 

Bəhreyndə qələbə topumuzun müəllifi olan hücumçu Ramil Şeydayevin 4-cü qolu hesabına yazdığını nəzərə alsaq, bu siyahıya düşməyə lap yaxınlaşıb. Özü də Moskva "Dinamo"sunun 23 yaşlı hücumçu Nikola Yurçeviçin baş məşqçiliyi dövründə bombardirdi. Hər halda, o, artıq 3 dəfə fərqlənib və bu il millimizin başqa heç bir futbolçusu bu qədər qol vurmayıb. Şeydayevin ilk dəfə yoldaşlıq görüşdə rəqib qapıısna yol tapması da diqqət çəkir. Çünki əvvəlki 3 qolu seçmə mərhələ matlarına təsadüf edib - Almaniyaya Kayzerslauterndə, Xorvatiyaya Zaqrebdə, Slovakiyaya Bakıda. 

 

Yurçeviçin vaxtında 2 qol Təmkin Xəlilzadənin hesabındadı ki, "Sabah"ın 25 yaşlı sol cinah oyunçusu ardıcıl matçlarda fərqlənir - hər ikisində də sonradan meydana çıxmaqla. Xorvatiyalı çalışdırıcı Təmkini əvvəl Xorvatiyaya evdəki rəsmi oyunda, budəfəsə Bəhreynlə səfərdəki yoldaşlıq görüşündə fasilədən dərhal sonra meydana buraxaraq tezliklə bunun əvəzini qolla görüb. Xəlilzadə 2017-ci ildcən cəlb olunduğu millimizdə qol hesabını da səfərdə açıb. Belə ki, o, Malta yığmasıyla 1:1 hesabıyla nəticələnən səfər matçında bərabərlik topuna imza atmaqla həm millimizə xal qazandırıb, həm də UEFA Millətlər Liqasında ilk qolunun müəllifi kimi tarixə düşüb. 

 

Xatırladaq ki, milimizin bombardir 14 qolla uzun illərdi zirvəni əldən verməyən Qurban Qurbanovdu. "TOP-11"də millidə hazırda cəlb olunan futbolçulardan yalnız Dmitri Nazarovdu. Belə ki, 29 yaşlı bu yarımmüdafiəçi 8 qola 3-cü pillədədi.

CBCsport
14 Dekabr 2019
13 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB