TOP 10

Turun "5-liy"i: Samir Abasov üçün davam etmir 37...

Futbol
Tarix: 2019-10-10 15:00

Azərbaycan Premyer Liqasında cari mövsümün VII turu bir sıra məqamlarla yadda qaldı. Sport24.az onlar arasında "Top-5"i seçərək diqqətinizə çatdırır.

 

 

 

Uğurlu sıraya qoşulan "Qarabağ"ın...

"Qarabağ" 1992-ci ildən fasiləsiz çıxış etdiyi milli çempionatımızda ən yaxşı startını edib. Bu da ilk dövrəni yüzfazili nəticəylə - 7 oyuna 7 qələbəylə başa vurmaqdan ibarətdi. Bunadək Ağdam klubunda startda bu qədər uzun seriya olmamışdı. Azərbaycan milli çempionatının 27 illik tarixində 7-ci dəfə komandalardan biri ilk 7 turda xal itirmir. İndiyədək qeydə alınan 6 belə hadisəyə 3 komanda imza atıb. “Neftçi” 4, “Şəfa” və “Xəzər Lənkəran” hərəyə 1 dəfə uğurlu startla fərqlənib. “Qarabağ” isə bunu bacaran 4-cü klub olub. Sonuncu belə seriya 12 il əvvələ təsadüf edib. Həmin vaxt “Xəzər Lənkəran” çempionata ardıcıl 7 qələbə ilə başlayıb.

 

Onu da bildirək ki, "Qarabağ" eyni zamanda ən çox qol, ən az top buraxan komandadı - 17-1. Qurban Qurbanovun komandasını yeganə qolunu "Zirə"yə səfərdə 3:1 hesabıyla qalib gəldiyi matçda buraxıb. 

 

 

 

...bacarmadığına "Keşlə" imza atdı

“Keşlə” Azərbaycan Premyer Liqasının I dövrəsində səfərdə qol buraxmayan yeganə komanda olub. Bütün qolları evdə buraxan paytaxt klubu VII turun “Sumqayıt”la rəqib meydanındakı matçda (0:0) seriyasını 4-ə çatdırıb. Tərlan Əhmədovun yetirmələri mövsümün əvvəlki səfər matçlarında “Sabah” (1:0), “Qəbələ” (3:0) və “Neftçi”dən (0:0) də qol buraxmamışdı. “Keşlə” ötən çempionatda buraxdığı son qolu nəzərə aldaq, 396 dəqiqədir səfərdə qapısını toxunulmaz saxlayır. Klubun tarixində rəqib meydanında belə quru seriyalar olsa da, heç vaxt starta təsadüf etməyib. Bakılılar ilk dəfə mövsümün əvvəlində belə seriyaya imza atıb. Bunadək startda ən yaxşı nəticə 2009/10 mövsümündə qeydə alınmışdı. Həmin vaxt ilk üç oyunda “Turan” (3:0), “Xəzər Lənkəran” (0:0) və “Qəbələ”dən (1:0) qol buraxmayan paytaxt klubunun seriyası Gəncədə “Kəpəz”lə görüşdə qırılıb – 0:1.

 

Məlumdur ki, ilk dövrədən sonra ən az qol buraxan lider "Qarabağ"dı. Ancaq bu komanda da səfərdə belə seriyaya malik olmayıb. Qurban Qurbanovun evdə qol buraxmayan yeganə komanda olması ilə öyünə bilər.

 

 

 

"Zirə"də ən az duruş gətirən baş məşqçi oldu

Premyer Liqamızda növbəti - 3-cü istefa ilk dövrənin son turunda baş verdi. Belə ki, son 3 matçda qələbə üzündə həsrət qalan "Zirə" "Qəbələ"ylə evdəki 1:1 hesablı bərabərlikdən sonra baş məşqçisi Samir Abasovla müqaviləsini qarşılıqlı razılıqla pozdu. 41 yaşlı mütəxəssis ötən ilin avqustun 29-da bu komandaya baş məşqçi təyin olunmuşdu. Bununla da Abasovun həmin pistda fəaliyyəti 406 gün çəkib. Onun hesabında 37 matç oldu ki, bunun 3-ü Premyer Liqada, 4-ü ölkə kubokunda gerçəkləşib. Gənc mütəxəssis çempionatda 33 qarşılaşmadan 10-da qələbə qazanıb, 8-də heç-heçə edib, 15-də uduzub (topların fərqi 34-45).  Abasovun kubokda 2 qələbəsi, 2 heç-heçəsi var (7-5). Beləliklə, Abasovlu "Zirə" ümumilikdə 12 dəfə meydanı qalib tərk edib, 10 dəfə bərabərliyə qalıb, 15 məğlubiyyət alıb (topların fərqi 41-50). O, komandanın Premyer Liqadaa 2015-ci ildən başlayan çıxışında 3-cü, eyni zamanda bu postda ən az müddət qərarlaşan olub. Belə ki, Adl Şükürovla Ayxan Abbasov hərəyə ilyarım komandanı çalışdırıblar ki, ikinci oyun sayında liderdi. 

 

Xatırladaq ki, cari mövsümdə əvvəlki 2 istefa Sənan Qurbanovun "Qəbələ"nin, Elşad Əhmədovun "Sabah"ın baş məşqçi postundan getməsi olub. 

 

 

 

"Neftçi" üçün ilk

"Neftçi" cari çempionatda ilk dəfə ardıcıl qələbələr qazanıb. Bu, 2 oyundan ibarət olub ki, "Qəbələ"ni səfərdə 3:0 hesabıyla məğlub edəndən sonra "Səbail" evdə 2:1 hesabıyla yenilib. Bunadək Roberto Bordinin komandası cəmi 1 qələbəsi olmuşdu ki, bu da III turda "Bakcell Arena"da "Sumqayıt" üzərində 2:1 hesablı qalibiyyət idi.  İlk dövrədə ardıcıl qələbə qazana bilməyən 4 komanda olub. Bunlar son 4 pillənin sahibləri - "Zirə", "Sumqayıt", "Qəbələ" və "Sabah"dı. 

 

 

 

Elmar Baxşıyev izi

"Qəbələ"nin baş məşqçi əvəzi olan Elmar Baxşıyevlə bağlı birdən-birə 3 məqamı birləşdirərərək sizlərə təqdim edirik. Üçüncü turda "Keşlə"yə evdə 0:4 hesablı məğlubiyyətdən sonra komandanın "sükanı arxası"n gətirilən 39 yaşlı bu mütəxəssis səfərdə məğlubedilməz oldu - 3 oyun, 1 qələbə, 2 heç-heçə. Baxşıyevli "Qəbələ" "Səbail" və "Zirə"ylə 1:1 hesablı bərabərliyə qaldı, "Sabah"ı 1:0 hesabıyla məğlub etdi. Komandanın bu çalışdırıcının dönəmində ilk hissədə qol buraxmaması diqqət çəkir. Hətta "Neftçi"Qəbələ 3:0 hesabıyla qlaib gəlsə də, fasiləyədək qolsuz heç-heçə qeydə alınmışdı. Ümumiyyətlə, 3 görüşdə ilk 45 dəqiqədən sonra hesab 0:0 olub. "Səbail"lə matçda isə "Qəbələ"yə fasiləyə hesabda 1:0 irəlidə yollanmışdı.

 

Baxşıyevlə bağlı daha bir məqam isə neqativdi. Məlumdu ki, hakimliklə bağlı beynəlxalq miqyasda tətbiq olunan yeni qaydalara görə artıq "texniki zona"da olanlara, o cümlədən məşqçilərə vərəqə göstərilir. Baxşıyevin passivində artıq 2 "sarı" var. O, birincini hazırkı vəzifəsində debütündə - Mazasırdakı matçın 76-cı dəqiqəsində baş hakim Vüqar Həsənli tərəfindən "texniki zona" qaydakarını pozduğuna görə alıb. Bu dəfə isə Zirədəki görüşdə 82-ci dəqiqə baş hakim İnqilab Məmmədovun qərarına etiraz etdiyinə görə cəzalandırılıb. 

 

Ancaq Abasov ilk dövrədə tək antirekordu olmayıb. Çünki "Zirə"nin çalışdırıcısı Samir Abasovun da 2 "sarı"sı var. O, hər iki halda hakimin qərarıan etirazına görə bu aqibətlə üzləşib. Özü də maraqlıdı ki, bu qarşılaşmalarda zirəlilər uduzmayıb - "Sabah"la evdə 1:1, "Sumqayıt"a səfərdə 2:1. Abasovun artıq vəzifəsindən çıxarıldığını nəzərə alsaq, Baxşıyev artıq antirekordçudu və daha 2 dəfə sarı vərəqə alarsa, cəzalı olaraq "texniki zona"ya buraxılmayacaq.. 

 

 

20 Oktyabr 2019
19 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB