TOP 10

UEFA-dan Xorvatiya millisinin üzvü ilə bağlı yeni qərar

Dünya Futbolu
Tarix: 2019-10-10 14:17

UEFA bir müddət əvvəl 5 oyunluq cəzalandırdığı Xorvatiya millisinin və “Milan”ın üzvü Ante Rebiçlə bağlı yeni qərar verib. Sport24.az xəbər verir ki, Rebiçin cəza müddəti 4 oyuna endirilib. Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
 

Rebiç, “Ayntraxt”da (Frankfurt) çıxış edərkən Avropa Liqasının pley-off mərhələsinin “Strasburq”la qarşılaşmasında (3:0) kobud oynayaraq, qırmızı vərəqə alıb və hakimləri təhqir etmişdi.


“Milan” bir müddət əvvəl Rebiçi icarə əsasında iki illik heyətinə qatıb.

20 Oktyabr 2019
19 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB