TOP 10

Kökçü London “Arsenal”ının hədəfində

Dünya Futbolu
Tarix: 2019-10-10 14:36

“Feyenoord”un futbolçusu Orkun Kökçü İngiltərənin “Arsenal” klubunun diqqət mərkəzinə düşüb. Sport24.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb. 


Xəbərdə, “Feyenoord”un Orkunu 20 milyon funt-sterlinq qarşılığında “Arsenal”a satmaq istədiyi bildirilib.


18 yaşlı yarımmüdafiəçi ilə daha əvvəl “Çelsi”, “Tottenhem”, “Beşiktaş” və “Fənərbaxça” da maraqlanırdı. Orkun bu mövsüm “Feyenoord” forması ilə 13 oyunda iştirak edərək, 2 qol vurub.


Orkun Kökçü, “Sabah”ın və 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü olan Ozan Can Kökçünün qardaşıdı.

20 Oktyabr 2019
19 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB