TOP 10

Yurçeviç də millimizdə qələbə hesabını açdı - 16 baş məşqçidən 4-ü bunu yaşamayıb

Futbol
Tarix: 2019-10-10 13:00

Nikola Yurçeviç Azərbaycan millisinin baş məşqçi postunda ilk qələbəsini qazanıb. Sport24.az xəbər verir ki, bu, 53 yaşlı xorvatiyalı mütəxəssisin millimizlə səfərdə keçirdiyi ilk yoldaşlıq görüşündə reallaşıb.

 

Söhbət Bəhreyn yığmasını 3:2 hesabıyla məğlub etdiyimiz dünənki yoldaşlıq görüşündən gedir.

 

Millmizdə fəaliyyətinə bu il başlayan Yurçeviç ilk qələbəsini 7-ci matçında qazanıb. Əvvəlki 6 görüşdən 5-si rəsmi - AVRO-2020 matçları, 1-i qeyri-rəsmi - Litva yığmasıyla "Bakcell Arena"dakı yoldaşlıq görüşü olub. Xorvatiyalı mütəxəssisin hesabındakı 2 heç-heçədən birincisi məhz həmin qarşılaşmada qolsuz, digəri isə son rəsmi matçda - Xorvatiya ilə həmin "Bakcell Arena"da 1:1 hesablı bərabərlikdi. Qalan 5 oyunda isə məğlubiyyətlər qeydə alınıb. Yurçeviçin komandasında topların fərqi 8-14-dü. 

 

Millimizin "sükanı arxası"nda baş məşqçi əvəziləri də nəzərə alasq, 16 mütəxəssis olub. Bunlardan Ağasəlim Mircavadov, Nazim Süleymanov, Mahmud Qurbanov və makedoniyalı Qyoko Hacıyevskinin hesabında qələbə yoxdu. Ən çox qələbə millimizi ən çox matça çıxaran almaniyalı Berti Foqtsda olub - 71 oyuna 15 qələbə. Vaqif Sadıqovda 34, xorvatiyalı Robert Prosineçkidə 23 qarşılaşmada 6 qələbə var. Şahin Diniyev 20, Qurban Qurbanov 12 matçda 4 qələbə sevinci yaşayıb. Kazbek Tuayev 13, Ələkbər Məmmədov 4 görüşdə 3 dəfə qalib olub. İqor Ponomaryovla Əsgər Abdullayev 13, Əhməd Ələsgərov 10 oyunda 1 qələbə qazanıb. Braziliyalı Karlos Alberto Torres 18 qarşılaşmanın 2-də meydanı qalib tərk edib. Yəni, millimizin 27 illik tarixində 254-cü matçında 47-ci dəfə qələbə qazanıb. 

 

Fərqli məqam odur ki, rəsmi matçlarda qələbələri olan hələ ki 8 baş məşqçidi - Ələsgərov, Tuayev, Ponomaryov, Abdullayev, Diniyev, Foqts, Prosineçki və Qurbanov. Qalan 8-də isə qələbələr Yurçeviç kimi qeyri-rəsmi matçlarda - yoldaşlıq və ya beynəlxalq turnirlərdəki görüşlərdi. 

20 Oktyabr 2019
19 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB