TOP 10

UEFA prezidenti: "Buna görə Ermənistan və Azərbaycan yığmalarını fərqli qruplara ayırırıq"

Futbol
Tarix: 2019-10-10 11:48

UEFA prezidenti Aleksandr Çeferin bəzi ölkə komandalarının müxtəlif turnirlərdə qarşılaşmamsına münasibət bildirib. Sport24.az xəbər verir ki, qurum rəhbəri bunu təhlükəsizlik səbəbindən etdiyini deyib.

 

Çeferin bəyan edib ki, onlar üçün təhlükəsizlik ən vacib məsələlərdən biridi: "Turnirlərimizdən hər hansı biri ilə bağlı qərar verərkən ən birinci olaraq  təhlükəsizliyi nəzərə alırıq. Rusiya və Ukraynanı, Serbiya və Kosovanı, Ermənistan və Azərbaycanı fərqli qruplara ayırırıq. Hətta İspaniya və Cəbəllütariq də eyni qrupa düşə bilmirlər. Təhlükəsizlik baxımından bu ölkə təmsilçilərinin üz-üzə gəlməsi doğru deyil. Təhlükəsizliklə bağlı suallar və problemlər yarandıqda, milli federasiyalardan təkliflər gəldikdə tədbirlər görürük. Bu qərar hələ ki, belə də davam edəcək".

 

 

 

20 Oktyabr 2019
19 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB