TOP 10

"Araz"ı 5:1 hesabıyla məğlub etməyimizə baxmayaraq, həqiqətən də gərgin və çətin oyun alındı"

Futbol
Tarix: 2019-10-10 10:30

Belçikanın “Halle-Gooik” klubunun baş məşqçisi Fernando Maciel Goncalves UEFA Çempionlar Liqasının əsas mərhələsində Naxçıvan "Araz"ına 5:1 hesabıyla qalib gəldikləri matçı şərh edib.  Sport24.az xəbər verir ki,  o, təmsilçimizin braziliyalı çalışdırıcısı Joze Alesio ilə bir-birlərini illər əvvəldən tanıdığını və onun nəyə qadir olduğunu bildiyini söyləyib: "Buna görə də qarşılaşmanın çətin keçəcəyini bilirdim. Matça fərqli hazırlaşmışdıq. Hesaba baxmayaraq, həqiqətən də gərgin və çətin oyun alındı. Qarşılaşmanı xeyrimizə dəyişməyi bacardıq. Təbii ki, uğurlu başlanğıcın davamını “Xerson”la matçda da gətirməliyik. Çətin olacaq, amma bacarmağa çalışacağıq”.

20 Oktyabr 2019
19 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB