TOP 10

Joze Alesio məğlubiyyəti məhdud heyətlə əlaqələndirdi, şansları reallaşdırmağı çox çətin saydı: "Gücümüzə qənaət edib, son oyunu daha çox düşünməliyik”

Futbol
Tarix: 2019-10-10 09:54

“Bura gələnə qədər fərqli istiqamətdə hazırlaşıb, məşqlər etmişdik. Ancaq səfər zamanı 4 futzalçımızın bizə qoşula bilməyəcəyini biləndə bir gecədə planımızda məcburi dəyişiklik etməli olduq. Razılaşarsınız ki, aylarla məşq etdiyin sistemi bir gecədə dəyişib yeni sistemə uyğunlaşmaq sadəcə, mümkün deyil. İstənilən sistemin tətbiqi üçün üzünmüddətli məşqlər etmək lazımdır". Sport24.az xəbər verir ki, bu sözləri "Araz"ın baş məşqçisi Joze Alesio Da Silva futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində  “Halle-Gooik”ə (Belçika) 1:5 hesabı ilə uduzduqları oyundan sonra deyib.

 

Braziliyalı müdafiəçi məğlubiyyətə iranlı futzalçılarına viza verilməməsi üzündən Belçikaya buraxılmamasının böyük təsir etdiyi vurğulayıb: "Uşaqlarla danışdıq, toparlanmağa, 6 oyunçu ilə edə biləcəyimizi reallaşdırmağa çalışdıq. Məncə, məhdud heyətlə oyunumuz pis alınmadı. Uşaqlar çox istəkli idilər, meydanda oyun intizamını pozmadılar. Qol vurmaq üçün də epizodlar yaratdıq. Təəssüf ki, onları reallaşdıra bilmədik. İkinci hissədə də pressinq tətbiq etdik. Oyunçularımı da başa düşürəm, çox çətindir. Növbəti oyun üçün uşaqları yenidən bir yerə yığıb, vəziyyətə uyğun plan cızacağıq. Düzdü, hələ növbəti mərhələyə yüksəlmək üçün şanslarımız var, amma bunu reallaşdırmaq çox çətin olacaq. Fikrimcə, gücümüzə qənaət edib, son oyunu daha çox düşünməliyik”.

 

Xatırlaraq ki, "Araz"ın növbəti matçları Portuqaliya "Benfika"sı və Ukrayna "Herson"udu. 

20 Oktyabr 2019
19 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB