TOP 10

"Neftçi"nin futbolçusu Bəhreyndə tarixə düşdü

Futbol
Tarix: 2019-10-10 10:01

Azərbaycan millisində daha bir futbolçu debüt edib. Sport24.az xəbər verir ki, bu, "Neftçi"nin sağ cinah müdafiəçisi Ömər Buludovdu.

 

Bəhreyn yığmasına "Bəhreyn Milli Stadionu"nda 3:2 hesabıyla qalib gəldiyimiz yoldaşlıq görüşündə fasilədən dərhal sonra meydana çıxmaqla "siftə" edən 21 yaşlı futbolçu millimizin 27 illik tarixinə 234-cü futbolçu kimi düşüb. Bunadək sonuncu debüt AVRO-2020-nin seçmə mərhələsində Xorvatiya yığmasıyla "Bakcell Arena"da 1:1 hesabıyla nəticələnən rəsmi matçda 90 dəqiqə çıxış edən Qazaxıstanın "Tobol" klubunun qapıçısı Emil Balayevlə olmuşdu.

 

Onu da bildirək ki, millimizin xorvatiyalı baş məşqçisi Nikola Yurçeviç hazırda sərəncamında olan futbolçulardan qapıçılar Şahrudin Məhəmmədəliyevlə ("Qarabağ") Mehdi Cənnətov və müdafiəçi Şəhriyar Əliyev (hər ikisi "Sumqayıt") hələ debüt etməyiblər. 

 

Qeyd edək ki, 1992-ci ilin sentyabrın 17-də ilk matçını keçirən milli komandamız 254-cü qarşılaşmasına çıxıb. 

06 Dekabr 2019
05 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB