TOP 10

AFFA və BFA rəhbərliyi arasında görüş keçirildi

Futbol
Tarix: 2019-10-10 00:55

Oktyabrın 9-da “Bəhreyn Milli Stadionu”nda Bəhreyn və Azərbaycan milli komandaları arasında yoldaşlıq oyunu keçirilib. Sport24.az xəbər verir ki, millimizin 3:2 hesabı ilə qələbə qazandığı oyundan əvvəl stadionda Bəhreyn Futbol Assosiasiyasının və AFFA-nın nümayəndələri arasında görüş keçirilib. 
 

Görüşdə AFFA-nın birinci vitse-prezidenti Rauf Əliyev, İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov, baş katib Elxan Məmmədov, BFA-nın vitse-prezidenti Ali Al Buainain və baş katib Ebrahim Al Buainain iştirak edib. Hər iki milli assosiasiya arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub, fikir mübadiləsi aparılıb.

20 Oktyabr 2019
19 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB