TOP 10

“Araz” məğlubiyyətlə başladı

Futbol
Tarix: 2019-10-10 00:27

Futzal üzrə UEFA Çempionlar Liqasında çıxış edən “Araz” bu gün ilk oyununu keçirib. Sport24.az xəbər verir ki, Azərbaycan çempionu qrup oyunlarını təşkil edən Belçikanın “Halle Gooik” klubu ilə qarşılaşıb. 
 

Əvvəlcədən də xəbər verdiyimiz kimi, təmsilçimiz oyuna ciddi itkilərlə yollanıb. Söhbət 4 iranlı legionerə vizanın verilməməsi nəticəsində onların turnirə yollana bilməməsindən gedir. Gözlənildiyi kimi, müdafiədə diqqətli oynamağa çalışan “Araz” az güc sərf etməklə əks-hücumlarda rəqibi cəzalandırmaq istəyirdi. Hesab isə erkən açıldı. Rəqibin növbəti hücumu zamanı Atayev topu uzaqlaşdırmaq istəyərkən avtoqol müəllifi oldu. Rəqib fasiləyə qədər daha bir qol vurmağı bacardı. “Araz”dan İsa Atayevin, Rövşən Çovdarovun və Xətai Bağırovun zərbələri hədəfdən yan keçdi. Baş məşqçi Alesio tez-tez qapıçını da meydan oyunçusu ilə əvəzləyirdi ki, bu da topa daha çox sahib olmaq məqsədi daşıyırdı. İkinci hissənin start fitindən cəmi 24 saniyə sonra Xətai Bağırov fərqi azaltdı. Ardınca Atayevin zərbəsi tirə tuş gəldi. Rəqib isə bu dəfə boş qapını nişan almaq üçün “pusqu”da dayanmışdı. 30-cu dəqiqədə Ramizin zərbəsini qapıçı çətinliklə geri qaytardı. Ardınca kapitanın baş zərbəsi hədəfdən yayındı. Bu dəqiqələrdəki üstünlüyə rəğmən Belçika çempionu fərqi artırmağa imkan tapdı. Tədricən yorğunluq da sözünü deməyə başladı ki, rəqib də bundan yararlandı. 


Qrupda keçirilmiş ilk oyunda Portuqaliya “Benfika”sı və Ukrayna “Xerson”u qarşılaşdı. Oyun 1:1 hesabı ilə yekunlaşdı. Təmsilçimiz növbəti oyununu oktyabrın 10-da, saat 19:30-da Portuqaliyanın “Benfika” klubuna qarşı keçirəcək.


Futzal, Çempionlar Liqası
9 oktyabr


“Araz” - “Halle Gooik” 1:5
Qollar: X.Bağırov, 20:24 - Qrello, 03:49. İ.Atayev, 16:29-öz qapısına. A.Patias, 17:57. D.Tomiç, 32:36. T.Carpes, 34:03.
Hakimlər: Nikola Jelic (Xorvatiya), Damian Jaruchievicz (Polşa), Viktor Bugenko (Moldova).
Halle şəhəri. De Bres Arena. Saat 22:30.


Araz: 12. Rövşən Hüseynli (q), 5. Murilo Borges Souza, 7. Ramiz Çovdarov, 11. Xətai Bağırov, 17. İsa Atayev, 19. Vladislav Reznov (q), 8. Rizvan Fərzəliyev (k), 10. Nihad İsmayılov.
Baş məşqçi: Joze Alesio Da Silva.

Halle Gooik: 1. Clodoaldo Redivo (q), 2. Valentin Dujacquier, 11. Leo, 14. Manoel Crema, 17. Rafael Teixeira (k), 18. Tiago Van Beeck (q), 20. Marco Zaramello (q), 7. Deaqan Tomiç, 8. Alessandro Patias, 10. Tiaqo Carpes, 12. Uesliy Franky Malenqreaux, 13. Qrello, 15. Matteo Cordier, 19. Dioqo.
Baş məşqçi: Fernando Maciel Goncalves.

CBCsport
15 Dekabr 2019
14 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB