TOP 10

Futbol Veteranları İttifaqı Nazim Süleymanovun təşkilatına etiraz etdi: "Elxan Məmmədov onu Lippertə kömək etməyə çağırsa, guya qaçıb gəlməyəcək?"

Futbol
Tarix: 2019-10-09 20:06

Bu gün "Neftçi"nin köhnə bazasında Azərbaycan Futbol Veteranları İttifaqının iclası keçirilib. Sport24.az xəbər verir ki, qurumun sədri Oqtay Abdullayev giriş nitqiylə çıxış edib: "Bugünlərdə Futbol Veteranları Azad Həmkarları İttifaqının sədri seçilən Nazim Süleymanov bizim haqda mətbuatda çıxış edib. Yaxında konfransımız oldu ki, veteranlar məni sədr seçdilər. Orda müraciət etdim ki, hamı çıxış etsin. Süleymanov deyir ki, 4 kreslo tutmuşam. Mən isə deyirəm ki, 5 yerdə işləyirəm. Bəzilərində pulsuz çalışıram. "Turan-Tovuz"a gəlincə, məni ora təyin ediblər və komandanı çempion edəcəm. Süleymanov yaxşı futbolçudu, xidmətləri var. Ancaq demək olmaz ki, veteranlar ona görə iş tapıblar. O, kimə çörək verir? Məşqçi işləyib, sonra gedib. Məşqçini 2 səbəbdən çıxarırlar - ya "qara pullar"la məşğuldu, ya da sadəcə, zəifdi. Misal üçün niyə Niyə Qurban Qurbanovu çıxarmırlar? Çünki nəticə verir".

 

Abdullayev söyləyib ki, Süleymanov təşkilatını yaradanda, məsləhətləşəcəklərini, ona kömək edəcəyini diqqətinə çatdırıb: "Sonradan öyrəndim ki, rayonları gəzir. Onu turnirlərə aparmışam ki, məni "ağsaqqal" adlandırırdı. Bəs indi nədi? Mənə deyir ki, 250 min manat "yemişəm". Bütün sənədlər məndədi. Bankdakı hesabımı da yoxlaya bilərsiniz. Bu pullar veteranların "qara günlər"inə görədi. Yaıxnda AFFA Asif Əliyevin əməliyyatını öhdəsinə götürərək 8 min manat xərcləyib. Bu məbləği mənə vermədilər, özləri ödədilər. Başa düşmürəm ki, Süleymanov məndən nə istəyir? Mənə üzən odur ki, veteranlar haqda belə pis şeylər danışırlar. Elxan Məmmədov onu Lippertə kömək etməyə çağırsa, guya qaçıb gəlməyəcək? Birinci qaçacaq, heç kimi irəli buraxmayacaq....Görüş vaxtı təyin edin, onunla və komandasıyla görüşək, fikirlərimizi bildirək. Razıdırsalar, danışaram görüşü. Məsələ ondadır ki, Nazim səhv yol tutub. Onu yenidən görüşə dəvət edəcəm".

 

Toplantıda digər futbol veteranları da çıxış ediblər. "Neftçi"nin keçmiş oyunçusu Şakir Qəribov bütün futbol adalamlarına hörmətlə yanaşmağa çalışdığını bəyan edib: "Həmişə də belə etmişəm. Ancaq deyilən xoşagəlməz şeylər hamımıza kölgə salmır. Azərbaycanda yaxşı futbolçular olub. Maşallah Əhmədov, İsgəndər Cavadov, İqor Ponomaryov, Səməd Qurbanovun adını eşidəndə, məgər sevinmirik? Onların hamısı fəxrimizdi. Mətbuatı oxumuram, mənə Nazimin dedikləri haqda məlumat verdilər. İndi Süleymanovla Abdullayev arasında olan bu konflikt nə üçündü? Qoy, Nazim yanımıza gəlsin və burda öz sözlərini desin. Niyə bir-birinin arxasınca danışasan? Niyə bir-birimizə kömək etməyək?".

 

"Neftçi"nin keçmiş qapıçısı, AFFA-nın sabiq baş katibi Çingiz İsmayılov Oqtay Abdullayevi ondan yaxşı tanıyan insan olduğunu diqqətə çatdırıb: "Heç kimə ixtiyar verilməyib ki, veteranları belə müzakirəyə çıxarasan. Nə sözümüz varsa, yığışacağıq, fikirlərimizi ifadə edəcəyik, məsələni həll edəcəyik. Mənə də yeni struktur haqda zəng vurmuşdular. Soruşdum ki, ondan bizə nə fayda gələcək? Dedi ki, futbol veteranları haqda düşünəcəklər, ümumilikdə Azərbaycan futbolu barəsində yox. Və mən də dedim ki, ümumi futbolumuzun inkişafına olacaqsa, ikiəlli razıyam. Dünyada 190-dan çox ölkə var ki, milli çempionatları var, ancaq çoxlarında belə həmkarlar təşkilatı yoxdu. Bəs bizdə -  8 klubun, 200 futbolçunun olduğu bir yerdə necə olacaq? Veteranlar futbolçulardan ayrı olacaqsa, onda uğur gözləməyin. Həmişə belə söz-söhbətlər olacaq. Onlar özləri də bilimirlər ki, niyə bu təşkilatı yaradıblar. Nazim Azərbaycan futboluna kömək etmək istəyirsə, onda azarkeşlərlə bağlı məsələləri həll etsin. Belə hərəkəti isə artıq mövcud olan strukturu dağıtmaq deməkdi".

 

Azərbaycan futbolu tarixində ən yaxşı hücumçulardan olmuş Maşallah Əhmədov da çıxış edib: "Yaxında Ələddin Ələkbərovu itirdik. Gəlin, heç olmasa 5 dəqiqə onu yad edək...Nazim söyləyib ki, veteranlar arasında birlik yoxdu. Burda olsaydı, ondan soruşardım ki, bu ittifaqın mənası nədi? Bu gün hamımız futbolumuza kömək etməyə çalışırıq. Nazim yaxşı futbolçu, çempion olub. Belə şeyləri əvvəllər Asəf Namazov da bildirib. Bu təşkilatı yaradanda, bizə haqda məlumat verə bilərdi. Oqtay Abdullayevlə danışardılar ki, belə şey yaratmaq istəyirik. Ancaq Nazimi kimsə idarə edir. Onun bu sözləri, belə söhbətlər gülməlidi".

 

AFFA İcraiyyə Komitəsinin üzvü olan "Neftçi"-1966"ün bürünc mükafatçısı Kazbek Tuayev də nitq söyləyib: "Burda hamı Oqtayı sevir və hörmət edir. Çünki o, hamımıza kömək edir. Arzu edirəm ki o, daha çox şeyə nail olmaqda davam etsin. Hər şeyi yazırlar və deyirlər. Diqqət yetirəndə, bütün bunlar geniş yayılır. Buna məhəl qoymamaq lazımdı".

15 Noyabr 2019
14 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB