TOP 10

Sabah yeni Azərbaycan çempionatına start veriləcək

Basketbol
Tarix: 2019-10-09 19:27

Sabah basketbol üzrə Azərbaycan Super Liqası start götürəcək. Sport24.az xəbər verir ki, 27-ci ölkə çempionatında 8 komanda mübarizə aparacaq.


İlk turun oyunları iki günü əhatə edəcək. Çempionatda "Gəncə", "Zirvə Astara",  "Sərkərdə", "Atom", "Xırdalan", "Atletik Baku", "Sıçrayış" və "80-lər" komandaları mübarizə aparacaqlar.


Sabah saat 19:30-da "Sərhədçi OİM"də təşkil olunacaq açılış mərasimindən sonra "Gəncə " və "Zirvə Astara" komandaları üz-üzə gələcəklər. Mövsümün ilk matçı “CBC Sport”la canlı yayımlanacaq.


İlk turun digər matçları isə oktyabrın 12-də keçiriləcək. Qarşılaşmalar Texniki Universitetin idman zalında oynanılacaq. Həmin gün saat 12:00-da "Sərkərdə" kollektivi "Atom"la görüşəcək. 2 saat sonra "Xırdalan" və "Atletik Baku" komandaları münasibətlərinə aydınlıq gətirəcəklər. Saat 16:00-da isə "Sıçrayış" klubu "80-lər"i sınağa çəkəcək.

CBCsport
14 Dekabr 2019
13 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB