TOP 10

Daninin qaldığı evin yiyəsi "su basması"na aydınlıq gətirdi: "3-4 ay əvvəl olan 50-60 manatlıq xərcə görə durub ondan pul istəməyəcəyik ki?"

Futbol
Tarix: 2019-10-09 18:48

"Mətbuatda Daniylə bağlı yazılanları oxuduq və çox məyus olduq. Çünki həm futbolçu, həm də həyat yoldaşı çox yaxşı insanlardı. Aramızda dostluq, yoldaşlıq münasibəti var. Gözəl insanlar olmasını siz soruşduğunuza görə söyləmirəm, bu, həqiqətən belədi. Onlarla üzbəüz söhbətdə də demişəm ki, insani keyfiyyətləriniz yüksəkdi. Dostluq münasibəti olduğu halda, belə şeylərin yazılması çox üzücüdü. Hər bir insan özündə istər-istəməz xəcalət çəkir ki, niyə olmayan şeyi yazsınlar". Bu fikirləri Sport24.az-a açıqlamasında "Qarabağ"ın ispaniyalı futbolçusu Dani Kintananın Bakıda kirayədə qaldığı mənzilin sahibi İlham bəy bildirib.

 

Redaksiyamızla əlaqə saxlayan bu şəxs Daninin qaldığı mənzildən çıxarılması, futbolçunun səhlənkarlığı üzündən evi su basmasının olmadığını diqqətə çatdırıb: "Düzdür, 3-4 ay əvvəl bizim mənzildə su sızması olmuşdu. Dani səhər çıxıb gedib evdən, axşam qayıdanda görüb ki, tualetdəki krandan su buraxır. Nəticədə evimizə bir az su gəlmişdi. Kintana vəziyyəti görən kimi ümumu kranı bağlamışdı, bizə xəbər vermişdi. Qısa müddətdə də təmir eləmişdik. Hər şeyi tezliklə qaydasına saldıq ki, futbolçunu daha narahat etməyək. Yəni su basması, dalaşmaq, 4500 manat pul almaq deyə bir şey olmayıb. İndinin özündə də münasibətimiz yaxşıdı. Kintana ailəsiylə 1 ilə yaxın bizim evdə qalır və yalnız dediyim yüngül nasazlıq olmuşdu. Bu xərci də özümüz qarşıladıq, Daninin özünə də demədik. Ciddi bir ziyanda da olmayıb axı. Kran sıradan çıxmışdı, bərpa etdik. 50-60 manata görə durub Danidən pul istəməyəcəyik ki? Axı, aramızda dostluq münasibəti var".

20 Oktyabr 2019
19 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB