TOP 10

“İnter”də itki – ÇL matçında da olmayacaq

Dünya Futbolu
Tarix: 2019-10-09 17:27

“İnter” klubu ciddi itki ilə üzləşib. Sport24.az xəbər verir ki, A Seriyasının 7-ci turunun “Yuventus”la matçında (1:2) zədələnən Stefano Sensinin bir müddət məcburi istirahət edəcəyi müəyyənləşib. 


İtaliya mətbuatının yaydığı məlumata görə, 24 yaşlı yarımmüdafiəçi üç həftə yaşıl meydanlardan uzaq qalacaq. Sensi zədə səbəbindən İtaliya millisinin də heyətindən çıxarılmışdı.


Stefano “İnter”in Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunun “Borussiya” (Dortmund) ilə oyununda iştirak etməyəcək. “İnter” – “Borussiya” oyunu oktyabrın 23-də keçiriləcək.

CBCsport
05 Iyun 2020
04 Iyun 2020
B.eÇ.aÇC.aCŞB