TOP 10

Yurçeviç: “Futbolçular özlərini yaxşı hiss edirlər” - VİDEO

Futbol
Tarix: 2019-10-09 14:33

Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviç Bəhreynlə qarşılaşacaqları yoxlama oyunundan əvvəl fikirlərini bildirib. Sport24.az AFFA-nın rəsmi “facebook” səhifəsinə istinadən xəbər verir ki, xorvat mütəxəssis, bu gün saat 20:30-da start götürəcək qarşılaşma ilə bağlı bunları deyib:


“Uçuşumuz yaxşı keçdi. Gördüyüm qədəriylə, futbolçular özlərini yaxşı hiss edirlər. Son iki rəsmi matçda oynayan 5 futbolçu müxtəlif səbəblərdən heyətdə yoxdu. Onlardan üçü cəzalı, Mahir (Emreli) zədəli, Qara (Qarayev) isə bu matçda oynayacaq vəziyyətdə deyil. Ümid edirik ki, növbəti görüşdə onun köməyindən istifadə edə biləcəyik”.



 

20 Oktyabr 2019
19 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB