TOP 10

PSJ-də yeni müqavilə

Dünya Futbolu
Tarix: 2019-10-09 14:11

Fransanın PSJ klubu futbolçusu Markinyosla yeni müqavilə imzalayıb. Sport24.az xəbər verir ki, Paris təmsilçisi 25 yaşlı müdafiəçi ilə müddəti 2024-cü ilin yayına qədər olan yeni sözləşmə imzalayıb. Bu barədə “Lequipe” nəşri məlumat yayıb.


2013-cü ildən PSJ-də çıxış edən Markinyosun əvvəlki müqaviləsi 2022-ci ilin yayına qədər idi. Müdafiəçi 43 dəfə də Braziliya milli komandasında çıxış edib.


Markinyos bu mövsüm PSJ ilə 10 oyuna çıxıb və 1 qol vurub.

20 Oktyabr 2019
19 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB