TOP 10

İngiltərə millisinin heyətində dəyişiklik

Dünya Futbolu
Tarix: 2019-10-09 12:31

AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Çexiya və Bolqarıstanla qarşılaşacaq İngiltərə millisinin heyətində dəyişiklik edilib. Sport24.az xəbər verir ki, “Aston Villa”nın üzvü Tom Hiton zədə səbəbindən yığmanın heyətindən çıxarılıb. Bu barədə milli komandanın mətbuat xidməti məlumat yayıb.


Hitonun əvəzinə, “Şeffild Yunayted”in qapıçısı Din Henderson yığmaya çağırılıb.


Henderson daha əvvəl İngiltərənin aşağı yaş qruplarından ibarət komandalarında çıxış edib. 22 yaşlı qapıçı ilk dəfə əsas komandanın heyətinə daxil edilib.


İngiltərə millisi oktyabrın 11-də Çexiya, 14-də isə Bolqarıstanla qarşılaşacaq.

20 Oktyabr 2019
19 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB